Yaponiyalı məşhur tennisçi Key Nisikori karyerasını başa vurub
Far.Az xəbər saytı

Yaponiyalı məşhur tennisçi Key Nisikori karyerasını başa vurub


Yaponiyalı tennisçi Key Nisikori karyerasını başa vurub.

"Report" xəbər verir ki, Tokioda baş tutan turnirin ilk mərhələsinin görüşü 36 yaşlı idmançının sonuncu qarşılaşması olub.

K.Nisikori dünya reytinqində 8-ci pillədə qərarlaşan Frensis Tiafoya (ABŞ) uduzub.

Xatırladaq ki, təcrübəli tennisçi ATP turnirlərində fərdi yarışlarda 12 titul qazanıb. O, 2015-ci ildə dünya reytinqində dördüncü pilləyədək yüksəlib.

2016-cı ildə keçirilən olimpiadanın bürünc mükafatçısı kişilər arasında "Böyük Dəbilqə" yarışlarının finalına yüksələn ilk asiyalı kimi də tarixdə düşüb. Tennisçi 2014-cü ildə ABŞ Açıq çempionatının finalında xorvat Marin Çiliçə məğlub olub.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarının açılış mərəsimi keçirilib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Leyla Əliyeva "Yüksələn işıq" sərgisində iştirak edib
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər