Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polisdən açıqlama
"Sözügedən hadisə cari ilin yanvar ayının 31-də Suraxanı rayonu, Binə qəsəbəsində ailə münaqişəsi zəminində baş verib".
Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı Lumu İsrəfilli Far.Az-ə məlumat verib.
O bildirib ki, hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb, toplanmış materiallar əsasında cinayət işi başlanılıb. Araşdırmalarla N.Azadlının həyat yoldaşı Ş.Azadlıya fiziki zor tətbiq edərək xəsarət yetirdiyi müəyyən olunub. N.Azadlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq tamamlanaraq ittiham aktı ilə məhkəməyə göndərilib.
***09:45
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərib.
Far.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb.
Rəqqasın həyat yoldaşı qeyd edib ki, dəfələrlə şiddət və zorakılığa məruz qalıb. Hətta proses məhkəməyə qədər gedib çıxıb. Son olaraq onun həyat yoldaşı Nicat Azadlıya 1500 manat cərimə tətbiq edilib. Qadın həmçinin uşağının da psixoloji şiddətə məruz qaldığını vurğulayıb.
Məsələ ilə əlaqədar əldə etdiyimiz məlumata görə, polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
"Qarabağ" ingilislərə ŞOU GÖSTƏRDİ - Dünya bizdən DANIŞIR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu deputatın mandatı ləğv edildi
-
Azərbaycan tranzit yükdaşımadan milyardlar qazanacaq
-
Azərbaycanda mənzil və avtomobillər kimlərə pulsuz verilir - RƏSMİ CAVAB
-
Sabahdan temperatur 10° enəcək - XƏBƏRDARLIQ
-
Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib
-
Fransada etirazlara görə müxtəlif şəhərlərdə həbslər həyata keçirilir













