Portuqaliya Futbol Federasiyasının nümayəndələri Kriştianu Ronaldu ilə görüşəcəklər
Portuqaliya Futbol Federasiyasının nümayəndələri gələn həftə milli komandanın hücumçusu Kriştianu Ronaldu ilə görüşəcəklər.
"Far.Az" xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Federasiya rəsmiləri 41 yaşlı futbolçu ilə yığmanın baş məşqçisi Jorji Jezuş arasında münasibətlərin yaxşılaşdırılmasına çalışacaqlar.
Rəhbərlik tərəflər arasında münasibətlərin normallaşacağına və K.Ronaldunun milli komandada çıxışını davam etdirəcəyinə ümid edir.
Qeyd edək ki, Ronaldu UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda Danimarka ilə keçirilən oyundan (4:2) əvvəl Portuqaliya millisinin düşərgəsini tərk edib. Hücumçu qərarının səbəblərini gələcəkdə açıqlayacağını bildirib. O, turnirin II turunda Norveçlə qarşılaşmada (2:1) da meydana çıxmayıb.
Portuqaliya millisi Jorji Jezuşun rəhbərliyi altında UEFA Millətlər Liqasında keçirdiyi ilk üç oyunda qələbə qazanıb. Komanda turnirin IV turunda, oktyabrın 4-də Norveçi qəbul edəcək.
Ronaldu karyerası ərzində 5 dəfə "Qızıl top" mükafatına layiq görülüb, 5 dəfə UEFA Çempionlar Liqasının qalibi olub, Avropa çempionluğu və 2 dəfə UEFA Millətlər Liqasının qalibi adını qazanıb. O, milli komandalar tarixində, Avropa çempionatlarında, UEFA Çempionlar Liqasında və klublararası dünya çempionatlarında ən çox qol vuran futbolçu rekordlarına sahibdir.
K.Ronaldu karyerası ərzində ümumilikdə 979 qol vurub. Onun 146 qolu Portuqaliya millisinin, 833 qolu isə klub karyerasının payına düşür.
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













