Türkiyə və Fransa Müdafiə Əməkdaşlığı üzrə Yol Xəritəsi imzalayıb
Far.Az xəbər saytı

Türkiyə və Fransa Müdafiə Əməkdaşlığı üzrə Yol Xəritəsi imzalayıb


Türkiyə ilə Fransa arasında hərbi əməkdaşlıq çərçivəsində Müdafiə Əməkdaşlığı üzrə Yol Xəritəsi imzalanıb.

"Far.Az" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "X" sosial media hesabında paylaşım edilib.

Qeyd olunub ki, iki ölkə rəsmilərinin görüşlərində ikitərəfli müdafiə və hərbi əlaqələr, strateji dialoq, eləcə də mövcud əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə edilib, müntəzəm və nəticəyönümlü təmasların davam etdirilməsinin əhəmiyyəti təsdiqlənib.

"Bu çərçivədə Müdafiə Əməkdaşlığı üzrə Yol Xəritəsi imzalanaraq Türkiyə ilə Fransa arasında müdafiə əməkdaşlığının daha da inkişaf etdirilməsi və strateji dialoqun gücləndirilməsi istiqamətində mühüm addım atılıb", - məlumatda vurğulanıb.

Bildirilib ki, sözügedən sənəd son dövrdə iki ölkə liderləri tərəfindən verilən qarşılıqlı müsbət mesajların müdafiə sahəsində konkret və səmərəli əməkdaşlıq addımına çevrildiyini göstərir.

Yol Xəritəsinin müntəzəm və nəticəyönümlü təmaslar vasitəsilə strateji dialoqu gücləndirməsi və iki ölkənin qarşılıqlı faydasına əsaslanan əməkdaşlığı daha da inkişaf etdirməsi hədəflənir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşma dayanır
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər