FTB-nin direktor müavini Endryu Beyli istefa verib
Far.Az xəbər saytı

FTB-nin direktor müavini Endryu Beyli istefa verib


ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktor müavini Endryu Beyli bir ildən çox tutduğu vəzifəsindən getdiyini elan edib.

"Report" xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində bildirib.

"FTB-də xidmət etmək imkanına görə Prezident Donald Trampa, baş prokuror Todd Blanşa və FTB direktoru Keş Patelə təşəkkür etmək istəyirəm. Prezident Trampın rəhbərliyi altında biz Amerikanın təhlükəsizliyini təmin etmək missiyamızın yerinə yetirilməsində tarixi nəticələr əldə etdik", - E. Beyli yazıb.

O qeyd edib ki, əldə olunan nailiyyətləri qürurla qiymətləndirir və Missuridəki ailəsinin yanına qayıtmaq üçün vəzifəsindən gedir.

Beyli FTB direktoru Keş Patelin qurumda islahatları davam etdirəcəyinə, cinayətlərlə mübarizə aparacağına, ölkənin təhlükəsizliyini təmin edəcəyinə, qurum daxilində hesabatlılığı gücləndirəcəyinə və ictimaiyyətin FTB-yə etimadını bərpa edəcəyinə əmin olduğunu bildirib.

Beyli əvvəllər Missuri ştatının baş prokuroru vəzifəsində çalışıb. FTB-nin direktor müavini vəzifəsində o, seçkilərlə bağlı təhqiqatlara nəzarət etməyə kömək edib və Corciya ştatının Fulton dairəsində 2020-ci il prezident seçkilərinə aid bülletenlərin müsadirə edilməsi zamanı iştirak edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva Qubada arıçı ailəsinin qonağı olub
"Dəyirman"ın üzvü bu qurumda yüksək vəzifədədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər