Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir
Far.Az xəbər saytı

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir


Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi başlayıb.

Far.Az xəbər verir ki, tədbir Milli Gimnastika Arenasında keçirilir.

Qeyd edək ki, ötən gün start götürən cüdo üzrə dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Beynəlxalq cüdo təqviminin ən nüfuzlu yarışında 93 ölkədən 622 cüdoçu - 335 kişi və 287 qadın mübarizə aparır.

Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu (17 kişi və 7 qadın) təmsil edir. Millimiz oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında da qüvvəsini sınayacaq.

Hələlik yığmamızın aktivində bir medal var. Yarışın ilk günündə mübarizəyə qoşulan Əhməd Yusifov (60 kiloqram) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər