Kriştianu Ronaldu Danimarka ilə oyun öncəsi komandanın məşqinə qatılmayıb
Far.Az xəbər saytı

Kriştianu Ronaldu Danimarka ilə oyun öncəsi komandanın məşqinə qatılmayıb


Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu UEFA Millətlər Liqasında Danimarkaya qarşı keçiriləcək oyun öncəsi komandanın ümumi məşqində iştirak etməyib.

"Far.Az" xəbər verir ki, bu barədə "Record" məlumat yayıb.

41 yaşlı futbolçu Malmödə məşqin başlamasına təxminən 30 dəqiqə qalmış meydana çıxıb. Lakin daha sonra soyunub-geyinmə otağına yollanaraq komandanın qaldığı otelə qayıdıb.

Portuqaliya Futbol Federasiyası (FPF) bildirib ki, Ronaldu otelin idman zalında fərdi məşq keçib. Buna səbəb kimi komandanın məşq etdiyi stadionda fərdi hazırlıq üçün lazımi avadanlığın olmaması göstərilib.

Qeyd edək ki, Portuqaliya Millətlər Liqasının II turunda Norveçi 2:1 hesabı ilə məğlub edib. Ronaldu həmin görüşdə ehtiyat oyunçular sırasında yer alıb və meydana çıxmayıb. Baş məşqçi Jorji Jezuş isə futbolçunun fiziki probleminin olmadığını bildirib.

Danimarka – Portuqaliya qarşılaşması oktyabrın 1-də Kopenhagendə keçiriləcək.

Oxşar xəbərlər

AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Kopenhagendə ziyafətdə iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər