Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib
Far.Az xəbər saytı

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib


Tiranada tarixçi və Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynovun "Qafqaz Albaniyasının qısa tarixi" adlı kitabının təqdimatı keçirilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Albaniyadakı səfiri Anar Hüseynov "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Diplomat qeyd edib ki, Albaniya Elmlər Akademiyasında keçirilən tədbirdə Azərbaycandan olan alim və tədqiqatçılar da iştirak ediblər. Bildirilir ki, kitabda regionun dövlətçiliyi, onun tarixi inkişafı və mədəni irsi nəzərdən keçirilir.

Albaniya Elmlər Akademiyasının elmi katibi doktor Anila Hoda salamlama nitqi ilə çıxış edib. Tədbir çərçivəsində iki ölkənin ekspertləri Qafqaz Albaniyasının tarixi, mədəni və xristian irsini müzakirə ediblər.

Səfirlikdə qeyd ediblər ki, Azərbaycan ilə Albaniya arasında akademik və elmi əlaqələrin daha da möhkəmləndiriləcəyinə ümid edirlər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Bakıda "Qərbi azərbaycanlıların milli geyim irsi" albom-kitabın təqdimatı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər