Türkiyədə İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Far.Az xəbər saytı

Türkiyədə İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb


Türkiyənin Kahramanmaraş şəhəri daxil olmaqla 8 vilayətdə İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, əməliyyat zamanı 39 şübhəli saxlanılıb.

Araşdırmalar çərçivəsində təşkilatın fəaliyyətində iştirak etdiyi müəyyən edilən şəxslərə qarşı Kahramanmaraşla yanaşı İstanbul, Ankara, Konya, Zonguldak, Adana, Hatay və Qaziantep vilayətlərində eyni vaxtda əməliyyat keçirilib:

"Əməliyyat zamanı 39 şübhəli saxlanılıb. Daha bir şəxsin isə xaricdə olduğu müəyyən edilib".

Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı 5 tapança, 251 patron, 6 ov tüfəngi, 123 ov tüfəngi patronu, 2 qılınc və 2 bıçaq da ələ keçirilib.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Ov tüfəngi, musiqi qutusu və heykəlciklər - Xalq şairi Rəsul Rzanın Bakıda yerləşən ev-muzeyi
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycanda "Mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı" genişlənib
21-ci əsrin fəlakəti - bərpa olunan Adıyaman, Kahramanmaraş və Hataydan REPORTAJ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər