Naxçıvanlı sabiq deputat vəzifəsindən azad edildi
Far.Az xəbər saytı

Naxçıvanlı sabiq deputat vəzifəsindən azad edildi


Qəzənfər Abdullayev Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsindən azad edilib.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının iclası keçirilib və sədrin vəzifədən azad edilməsi məsələsinə baxılıb.

Qərara əsasən, Qəzənfər Abdullayev vəzifəsindən azad edilib. Sədr vəzifəsinin icrası yeni təyinatadək sədr müavini Xatirə İbrahimliyə həvalə olunub.

Qeyd edək ki, Qəzənfər Abdullayev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı mandatından məhrum edilib.

Oxşar xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi tərəfindən "Sağlam gələcək" layihəsinə start verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər