Türkiyəli məşqçi Azərbaycandan deportasiya olundu, klub məsələyə aydınlıq gətirdi
Azərbaycanda fəaliyyət göstərən türkiyəli məşqçi Ebubekir Yoğurtçu "Mingəçevir" klubunda çalışarkən ölkədən deportasiya olunub.
BAKU.WS xəbər verir ki, 2025-ci ilin avqustunda UEFA-nın "C" kateqoriyalı məşqçi lisenziyasını alan Yoğurtçu həmin mövsümün ortasında Azərbaycanın I Liqa təmsilçisi "Mingəçevir" klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərib.
Mütəxəssis bildirib ki, "Mingəçevir"ə gəldiyi zaman komanda turnir cədvəlində üçüncü pillədə qərarlaşsa da, mövsümü ikinci sırada başa vurub və Premyer Liqa təmsilçisi ilə pley-off mərhələsində mübarizə aparıb. Lakin komanda elitaya yüksələ bilməyib.
Yoğurtçunun sözlərinə görə, mövsümün ardından Azərbaycanda başqa bir kluba baş məşqçi kimi keçmək imkanı yaranıb. Lakin "Mingəçevir"də yaşayış yeri ilə bağlı sənədləşmədə yol verilən çatışmazlıq səbəbindən ona ikiillik deportasiya cəzası tətbiq olunub.
Məşqçi bildirib ki, klub deportasiya qərarının aradan qaldırılması üçün müraciət edib, lakin proses başa çatana qədər yeni mövsüm başlayıb və o, Azərbaycanda başqa komandada fəaliyyət göstərə bilməyib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, "Mingəçevir" klubunun mətbuat xidməti Yoğurtçunun iddialarına aydınlıq gətirib.
Klubdan bildirilib ki, türkiyəli mütəxəssis "Mingəçevir"ə UEFA "C" kateqoriyalı məşqçi lisenziyası almaq üçün praktiki fəaliyyət göstərmək məqsədilə gəlib. Türkiyə vətəndaşlarının Azərbaycana vizasız daxil olması səbəbindən klub onun ölkəyə bütün zəruri sənədlərlə gəldiyini düşünüb.
"Biz elə bilirdik ki, o, hər şeyə hazır sənədlə gəlib. Türkiyə vətəndaşları vizasız gəlirlər. Ölkəyə gəldikdən sonra müəyyən müddət ərzində miqrasiyaya müraciət edib qeydiyyata düşməli idi. Biz isə onun hər şeyə hazır gəldiyini düşünmüşdük", - deyə klubdan bildirilib.
Mətbuat xidmətindən qeyd olunub ki, klubda ödənişsiz fəaliyyət göstərib. Mütəxəssis Azərbaycanda qalma müddətini keçib və ölkədən çıxarkən onun cəriməsi yaranıb. Daha sonra Yoğurtçunun xahişi ilə klub məsələni həll etmək üçün Miqrasiya Xidməti ilə əlaqə saxlayıb.
"Gedəndə cəriməsi var idi. Sonradan klub olaraq bizdən xahiş etdi. Biz də Miqrasiya Xidməti ilə məsələni həll etdik. Deportasiya məsələsi aradan qaldırılıb. Hazırda bununla bağlı problem yoxdur", - deyə klubdan qeyd edilib.
"Mingəçevir" klubundan həmçinin vurğulanıb ki, Yoğurtçunun deportasiya olunmasının klubun sənədləşmədə yol verdiyi səhvdən qaynaqlandığı barədə iddia düzgün deyil.
Oxşar xəbərlər
Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrançılıq düşüncəsinin paradoksları
-
İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi
-
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
-
Tramp: Ukraynadakı müharibə sona yaxınlaşır
-
Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
-
Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin bahalaşdı













