ABŞ Kubaya yanacaq daşıyan gəmini saxlayıb
Far.Az xəbər saytı

ABŞ Kubaya yanacaq daşıyan gəmini saxlayıb


ABŞ Sahil mühafizəsi Karib dənizində Kubaya yanacaq daşıyan "Grace" yük gəmisini saxlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə "The New York Times" ABŞ Sahil mühafizəsinin bəyanatına istinadən məlumat yayıb.

Uzunluğu təxminən 91 metr olan gəmi sentyabrın 5-də Kuba və Meksika arasında saxlanılıb. Sahil mühafizəsindən bildirilib ki, "Grace" "kölgə donanması" taktikasından istifadə etməkdə şübhəli bilinirdi.

Qurum söhbətin məhz hansı hərəkətlərdən getdiyini dəqiqləşdirməyib. Nəşrin məlumatına görə, gəmilər xüsusən də transponderləri söndürməklə və öz yerləşdikləri yer barədə məlumat ötürməyi dayandırmaqla marşrutlarını gizlədə bilərlər.

Sahil mühafizəsi həmçinin bildirib ki, bu yay daha əvvəl ABŞ tərəfinin iddiasına görə, yenə də Kubaya yanacaq daşıyan daha bir gəmini - "Jaira Provider"i ələ keçirib. Onun göyərtəsində təxminən 210 min qallon yanacaq olub.

"Grace" gəmisindəki yanacağın miqdarı açıqlanmır. Sahil mühafizəsinin nümayəndələri həmçinin kəşfiyyat məlumatlarına istinad edərək, yükün Kuba üçün nəzərdə tutulduğunun necə müəyyən edildiyini dəqiqləşdirməkdən imtina ediblər.

Qəzet qeyd edir ki, Kuba özünü yanacaqla qismən özü təmin edir, lakin enerji sisteminin işini qoruyub saxlamaq üçün idxaldan asılıdır. Ölkədə yanacaq qıtlığı fonunda genişmiqyaslı elektrik kəsintiləri baş verib, habelə xəstəxanaların işində, ərzaq və su təchizatında problemlər yaranıb.

Oxşar xəbərlər

Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda "Force of Love" 2026 yay festivalı keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər