Estoniya millisinin baş məşqçisi: "Bu gün qazanılan 1 xalı 3 xala bərabər saymaq olar"
Far.Az xəbər saytı

Estoniya millisinin baş məşqçisi: "Bu gün qazanılan 1 xalı 3 xala bərabər saymaq olar"


Bu gün qazanılan 1 xalı 3 xala bərabər saymaq olar.

"Far.Az"un Qəbələyə ezam olunan əməkdaşı xəbər verir, bunu Estoniya millisinin baş məşqçisi Yurgen Henn Azərbaycan yığmasına qarşı keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunun matçından sonra mətbuat konfransında deyib.

O, heç-heçə başa çatan oyunu şərh edib:

"Məncə hər iki oyunu təhlil etsək, bərabər səviyyəli matçların şahidi olduğumuzu görərik. Lakin Qəbələdəki görüşün ikinci yarısında çətinik çəkdik. Turnir cədvəlinə nəzər salsaq, bu gün qazanılan 1 xalı 3 xala bərabər saymaq olar. Qəbələ kimi stadionunuz olduğu üçün özünüzü xoşbəxt saya bilərsiniz. Estoniyada bu cür şəraiti olan stadionlar azdır".

Qeyd edək ki, Azərbaycan yığması C Liqasının I qrupunun oyununda Qəbələdə Estoniya ilə qolsuz bərabərə qalıb.

Oxşar xəbərlər

Millətlər Liqası: Azərbaycan yığması növbəti dəfə məğlub olub - YENİLƏNİB-8
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
Millətlər Liqası: Azərbaycan Estoniya millisinə məğlub olub - YENİLƏNİB-6
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər