BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır
Far.Az xəbər saytı

BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır


Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır.

"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə qurumun yarım illik "Maliyyə Sabitliyi Hesabatı" ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, AMB xaricdən borclanan BOKT-ların valyuta risklərini hedcinq yolu ilə sığortalayır, bununla da onların maliyyələşmə xərclərini dolayısı ilə aşağı salır, eyni zamanda bankların rəqabət qabiliyyətini qoruyur.

"Bu nə deməkdir? Əgər xarici maliyyələşmə zəif olsaydı və xaricdən vəsait cəlb etmək mümkün olmasaydı, banklar deyə bilərdilər ki, BOKT-ların başqa maliyyələşmə mənbəyi yoxdur və buna görə də daha yüksək faiz tətbiq edə bilərlər. Lakin xarici maliyyələşməni dəstəkləyən tədbirləri, o cümlədən hedcinq imkanlarını yaratmaqla bazarda alternativ maliyyələşmə imkanlarını qoruyuruq. Nəticədə BOKT-lar maliyyələşmə üçün alternativ mənbələrdən istifadə edə bilir və bankların daha yüksək faiz tətbiq etmək imkanları məhdudlaşır. Bu da kredit faizlərinə və təklif olunan kreditlərin məbləğinə təsir göstərə bilər", - deyə AMB rəsmisi əlavə edib.

Bundan başqa, onun sözlərinə görə, mikro kreditlərin verilməsi ilə məşğul olan təşkilatlar üçün qanunvericilikdə müəyyən düzəlişlər edilməsi, banklararası rəqabətin gücləndirilməsi, həm də əlavə əməliyyat imkanlarının yaradılması nəzərdə tutulur: "Bu məsələlər bizim gündəliyimizdədir və müvafiq çərçivədə İqtisadi Şura ilə müzakirələr aparılacaq. Sadəcə, qanunvericiliyə dəyişikliklərin edilməsi müəyyən vaxt tələb etdiyindən proses bir qədər uzun çəkir. Lakin gələn ilin sonunadək bu prosesin tamamlanması nəzərdə tutulur".

M.Mahmudzadə maliyyə sektorunun maliyyələşdirilməsi üçün ayrıca fond yaradılması ehtimalına da münasibət bildirib: "Dünyada belə bir təcrübə yoxdur. AMB sterilizasiya və yaxud investisiya mexanizmləri çərçivəsində banklara borc verir. Sterilizasiya məqsədi ilə istifadə olunan vəsaitlər bizim hesablarda saxlanılır".

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər