AFFA rəsmisi Elçin Məmmədov: "Milli komandalara futbolçu seçimi analitik məlumatlara əsaslanacaq"
AFFA-nın yaratdığı rəqəmsal platformalar sayəsində milli komandalara futbolçu seçimi subyektiv fikirlərə deyil, analitik məlumatlara əsaslanacaq.
"Report" xəbər verir ki, bunu AFFA-nın baş katibinin müavini Elçin Məmmədov aşağı yaş qrupları ilə əlaqədar yeni "match.affa.az" saytının və @AFFA.istedadlar sosial media layihəsinin təqdimat mərasimində deyib.
O, "match.affa.az" saytında qurum tərəfindən təşkil olunan uşaq və gənclər liqalarının canlı yayımlanacağını, turnir cədvəllərinin və futbolçuların statistik göstəricilərinin dinamik yenilənəcəyini bildirib:
"Hazırda platformada uşaq-gənclər liqaları və Qadınlar Superliqası əks olunub. Növbəti mərhələdə "Məktəbli Kuboku", futzal liqaları və digər yarışlar da sayta əlavə ediləcək".
E.Məmmədov "AFFA İstedadlar" sosial media kanallarının fəaliyyətinə də toxunub:
"Hər turdan sonra "Eyeball" proqramı vasitəsilə toplanan göstəricilər əsasında rəmzi komanda, turun ən yaxşı futbolçusu, qapıçı seyvi, qol və assistlər paylaşılacaq. Bu, istedadlı oyunçuların üzə çıxarılmasına, akademiyaların öz futbolçularını və rəqiblərini təhlil etməsinə imkan verəcək. Əsas məqsəd yığma komandalara namizədlərin obyektiv analitik göstəricilər əsasında seçilməsini təmin etməkdir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
-
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Pakistan hərbçiləri Əfqanıstanla sərhəddə 12 silahlını zərərsizləşdirib
-
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb













