ABŞ Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq edib
Far.Az xəbər saytı

ABŞ Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq edib


ABŞ Dövlət Departamenti Yaxın Şərqdə olan vətəndaşlarını bölgədəki mürəkkəb təhlükəsizlik vəziyyəti ilə əlaqədar ehtiyatlı olmağa çağırıb. Amerikalılara uçuşların ləğvi və hava məkanının bağlanması ehtimalını nəzərə almaları tövsiyə olunub.

Far.Az xəbər verir ki, Dövlət Departamentinin konsulluq məsələləri üzrə bölməsi sosial şəbəkədə yaydığı açıqlamada bölgəyə səfər edən və ya oradan qayıdan ABŞ vətəndaşlarına hava limanları və aviaşirkətlərin fəaliyyəti ilə bağlı məlumatları mütəmadi izləməyi tövsiyə edib.

Açıqlamada Yəməndə İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində mülki obyektlərə və kritik infrastruktura ziyan dəydiyi bildirilib. Qeyd olunub ki, bu hadisələr səfərlərdə və hava nəqliyyatında fasilələrə səbəb olub.

ABŞ tərəfi hadisələrin Yaxın Şərqdən kənara da sürətlə yayıla biləcəyini vurğulayaraq, vətəndaşları mümkün fövqəladə vəziyyətlər üçün əvvəlcədən plan hazırlamağa çağırıb.

Oxşar xəbərlər

Bakının mərkəzində əyləncə məkanının fəaliyyəti dayandırıldı
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər