Azərbaycanda ali təhsil imkanları Qazaxıstanda təqdim olunub
Azərbaycanda ali təhsil imkanları Astana və Almatıda IEF 2026 Beynəlxalq təhsil sərgisində təqdim edilib.
"Far.Az"un Qazaxıstan bürosu xəbər verir ki, sərgidə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin, "Study in Azerbaijan" layihəsinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndələri iştirak ediblər.
Ziyarətçilərə xarici tələbələr üçün Azərbaycan ali məktəblərinin akademik proqramları, qəbul qaydaları və təqaüd imkanları barədə məlumat verilib. Ümumilikdə iki şəhərdəki sərgiləri 3 mindən çox insan ziyarət edib.
Səfər çərçivəsində həmçinin Astana və Almatı məktəblərinin yuxarı sinif şagirdləri ilə görüşlər keçirilib. Onlara Azərbaycanda təhsil imkanları, universitetlərə qəbul, ixtisas seçimi və xarici tələbələrə dəstək barədə məlumat təqdim edilib, həmçinin şagirdlərin sualları cavablandırılıb.
Yaxın günlərdə Azərbaycan nümayəndələri Bişkek və Daşkənddə təhsil sərgilərində iştirak etməyi və görüşlər keçirməyi planlaşdırırlar.
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah"a görə bu müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
-
"Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
-
Fransada yüksələn Makron diktaturası – hadisələrə tamaşaçı qalan Aİ
-
Fransada yeni etiraz aksiyasının tarixi AÇIQLANDI
-
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib
-
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?













