Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
Monteneqronun Budva şəhərində keçirilən şahmat üzrə klublararası Avropa Kubokunda V tur başa çatıb.
Azərbaycan Şahmat Federasiyasından "Far.Az"a verilən məlumata görə, kişi şahmatçıların yarışında "Vüqar Həşimov" komandası Slovakiyanın "Slaviya" klubuna 2,5:3,5 hesabı ilə uduzub.
Hazırda "Vüqar Həşimov" klubu 6 xalla 22-ci pillədə qərarlaşıb.
Qadın şahmatçıların yarışında çıxış edən "Odlar Yurdu" isə Serbiyanın "Srvena Zvezda" klubunu 3:1 hesabı ilə məğlub edib. Hesabında 8 xal olan "Odlar Yurdu" turnir cədvəlində 2-3-cü yerləri bölüşür.
"Vüqar Həşimov" klubunda Rauf Məmmədov, Aydın Süleymanlı, Şiroğlan Talıbov, Read Səmədov, Xəzər Babazadə, Vüqar Manafov və Kənan Qarayev, "Odlar Yurdu"nun heyətində isə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova mübarizə aparır.
İV turda "Vüqar Həşimov" klubunun heyətində yarışan Aydın Süleymanlı özbəkistanlı şahmat ulduzu Nodirbek Abdusattarovu məğlub etməklə diqqətə səbəb olub.
Qeyd edək ki, bu gün Avropa Kubokunda VI turun partiyaları oynanılacaq. "Vüqar Həşimov" Almaniyanın "FC St.Pauli 1910", "Odlar Yurdu" isə Lüksemburqun "Gambit Bonnevoie" klubu ilə mübarizə aparacaq. Avropa Kubokuna oktyabrın 23-də yekun vurulacaq.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Anar Allahverdiyev: "Avropa Kubokunda mükafatçılar sırasına düşmək üçün mübarizə aparacağıq"
DÇ-2026-nın ən cazibədar xanım azarkeşləri
Prezident və birinci xanım Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - YENİLƏNİB
Ermənilərin Ayqut adlandırdığı Gölkənd haqqında mühüm faktlar açıqlanıb - "Qərbi Azərbaycanın yaddaş yerləri"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisi Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb
-
Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb
-
"Gəncə Mall"da oğurluq
-
Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb - Yenilənib
-
Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
-
İrakli Kobaxidze oktyabrın sonunda Azərbaycana səfər edəcək













