Azərbaycanın qolf turizmi imkanları Fransada təbliğ olunub
Oktyabrın 19-22-də Fransanın Kann şəhərində keçirilən "International Golf Travel Market (IGTM) 2026" beynəlxalq sərgisində Azərbaycan milli stendlə təmsil olunub.
Bu barədə "Report"a Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Turizm Bürosu (ATB) sərgi çərçivəsində ölkənin qolf turizmi imkanlarını beynəlxalq turizm şirkətlərinə və sahə üzrə mütəxəssislərə təqdim ediblər.
Qolf turizmi üzrə ixtisaslaşmış beynəlxalq tədbirlərdən biri olan sərgidə müxtəlif ölkələrin turizm istiqamətləri, kurortları, qolf klubları, turizm agentlikləri və turoperatorları təmsil olunub. B2B görüşlər zamanı turizm məhsulları, bazar imkanları və qolf turizmi sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Sərgi çərçivəsində qolf texnologiyaları, pərakəndə satış, geyim və aksesuarlar, eləcə də qolf klublarının idarə edilməsi sahələrində fəaliyyət göstərən şirkətlərlə təcrübə və məlumat mübadiləsi aparılıb.
Azərbaycanın sərgidə iştirakı ölkənin qolf turizmi istiqaməti kimi beynəlxalq səviyyədə tanıdılması, bu sahədə fəaliyyət göstərən xarici şirkətlərlə işgüzar əlaqələrin qurulması və yeni əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinə xidmət edib.
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Ağalı və Məmmədbəyli kəndlərində Novruz festivalı və sərgi-satış yarmarkası keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva arıçılıq məhsullarının sərgi-satış yarmarkasını ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Gəncə Mall"da oğurluq
-
Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
-
Türk dövlətləri konstitusiya məhkəmələrinin nümayəndələri Xankəndidə görüşdülər
-
"Araz-Naxçıvan" və "Qarabağ"ın aşağı yaş qrupları üçün danışılmış oyunlarla bağlı sessiya keçirilib
-
"Araz-Naxçıvan"ın prezidenti Ceyhun Sultanov: "8 turun nəticələrindən razı qalmaq mümkün deyil"
-
FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi təşkil olunacaq













