Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi üzrə yeni qaydalar müzakirə edilib
Far.Az xəbər saytı

Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi üzrə yeni qaydalar müzakirə edilib


İpoteka və Kredit Zəmanət Fondunun "2024-2026-cı illər üzrə Kommunikasiya strategiyası" çərçivəsində iqtisadiyyat və daşınmaz əmlak sektorunda fəaliyyət göstərən ixtisaslaşmış ekspert qrupu ilə görüş təşkil olunub.

"Far.Az" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, görüş zamanı Fondun əməkdaşları satmaq öhdəliyi ilə kirayə mexanizmi, habelə 1 oktyabr 2026-cı il tarixindən etibarən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydalarına daxil edilmiş dəyişikliklər haqqında təqdimat həyata keçiriblər.

Bildirilib ki, Prezident İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli 488 saylı Fərmanına müvafiq olaraq, İpoteka və Kredit Zəmanət Fondu şəxsi yığımları kifayət etməyən vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması üçün satmaq öhdəliyi ilə kirayə mexanizmini tətbiq etməyə başlayıb. Bu mexanizm daxilində 2020-2026-cı illər ərzində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 17 fərqli ünvanda yerləşən yaşayış komplekslərində tam təmirli mənzillər vətəndaşlara təhvil verilib və bu günədək 10 mindən çox kirayə müqaviləsi bağlanıb.

Ekspertlərin diqqətinə çatdırılıb ki, satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində şəffaflığın və vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə bütün proseslər tam şəkildə avtomatlaşdırılıb və müraciətlərin hamısı Elektron Hökumət İnformasiya Sisteminə (My.gov.az) inteqrasiya olunan Elektron İpoteka və Kredit Zəmanət Sistemi vasitəsilə "SİMA İmza"nın biometrik identifikasiya funksionallığından istifadə edilməklə icra olunur.

Həmçinin vurğulanıb ki, Azərbaycanda ilk dəfə olaraq Fondun təşəbbüsü əsasında yaşayış sahələrinin kütləvi seçimi prosesində SİMA rəqəmsal imzanın üztanıma texnologiyasından istifadə edilib.

Görüş çərçivəsində ətraflı müzakirələr aparılıb, ekspertlərin suallarına cavab verilib və onların irəli sürdüyü təkliflər dinlənilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
Vətən müharibəsinin başlamasından 4 il ötür
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycanda mənzil təminatı: sosial inklüzivlik və dayanıqlı urbanizasiya modeli – ARAŞDIRMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər