"Türk Regionunda Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi" yaradılıb
Far.Az xəbər saytı

"Türk Regionunda Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi" yaradılıb


Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin Milli Avtomobil Daşıyıcıları Assosiasiyaları rəhbərlərinin təsisat iclası keçirilib.

"Report" bu barədə "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyinə istinadən xəbər verir.

Məlumata görə, toplantıda müzakirə edilən əsas məsələ "Türk Regionunda Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi"nin (TDT-URTA) yaradılması ilə bağlı olub. İştirakçı tərəflər Birliyin yaradılması qərarını yekdilliklə dəstəkləyib.

Tədbirdə ölkəmizi ABADA-nın rəhbəri Həbib Həsənov təmsil edib.

Oxşar xəbərlər

VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
TDT-nin növbəti nazirlər toplantısı Azərbaycanda keçiriləcək
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
TDT-də yenilik: Afrika İttifaqı ilə əməkdaşlıq, Əfqanıstana birgə yanaşma - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər