Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
Xaçmazda baş verən qəzada ölən və xəsarət alan şəxslərin kimliyi bilinib.
”Far.Az”un Şimal bürosunun məlumatına görə, 1958-ci il təvəllüdlü Dəmirov Fərhad Ağamurad oğlu, 1958-ci il təvəllüdlü Z.Əmirbəyova və 1991-ci il təvəllüdlü Z.Soltanova müxtəlif xəsarətlərlə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qəza nəticəsində birinci sinif şagirdi R.Vəliyev aldığı ağır bədən xəsarətlərindən ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Xaçmaz rayonunda azyaşlının ölümü ilə nəticələnən ağır yol qəzası olub.
"Far.Az"un Şimal bürosunun məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, "Opel" markalı minik avtomobili hərəkətdə olan "Ford" markalı yük avtomobilinə çırpılaraq onu əks istiqamətdə hərəkətdə olan "Kamaz" markalı yük avtomobilinin yoluna atıb.
Nəticədə bir nəfər azyaşlı ölüb, üç nəfər isə yaralanıb.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində ərlə arvad ölüb - YENİLƏNİB 1 - FOTO
Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
IX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
-
Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA
-
Yalçın Rəfiyev: SIDS ölkələrinin mədəni irsinin YUNESKO-da siyahıya alınmasına Azərbaycan dəstək verməyə hazırdır
-
Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq - YENİLƏNİB
-
Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanılıb
-
Azərbaycan Milli QHT Forumu ikiillik fəaliyyətinə dair hesabat verib













