Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - YENİLƏNİB
Xudatda baş verən yol qəzasında ölən və yaralıların kimliyi məlum olub.
“Report”un Şimal bürosunun məlumatına görə, Xudat-Quba avtomobil yolunun 5-ci şöbə adlanan ərazisindən keçən hissəsində baş verən yol qəzasında "VAZ-21011" markalı minik avtomobilinin sürücüsü, 1998-cı il təvəllüdlü Orxan İslam oğlu Məmmədov və onun sərnişini, 2001-ci il təvəllüdlü Nazir Ramin oğlu Tarverdiyev hadisə yerində ölüblər.
Qəza zamanı yaralanan Elməddin Etibar oğlu Məmmədov və Vilayət Vidadi oğlu İbrahimov ağır vəziyyətdə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Gəndob-Yalama yolunun Xudat şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, qəza zamanı “Vaz-21011” markalı avtomobil “Vaz-21099” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Nəticədə şəxsiyyəti hələ müəyyən edilməyən iki nəfər ölüb, iki nəfər isə yaralanıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində ərlə arvad ölüb - YENİLƏNİB 1 - FOTO
Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB-4
Qubada ağır yol qəzası olub, ölən və xəsarət alan var - YENİLƏNİB
Qubada mikroavtobusla avtomobil toqquşub, 1 nəfər ölüb, xəsarət alan 14 nəfərdən 8-nin vəziyyəti ağırdır - YENİLƏNİB-3
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb













