Vüqar Kərimov: Qarabağ Milli Parkının sahəsi 84 min hektar olacaq
Qarabağ Milli Parkının sahəsi 84 min hektar olacaq və beş rayonu əhatə edəcək.
"Far.Az"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Əlaqələndirmə Qərargahının şəhərdə keçirilən iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin ərazilərdə məhv edilmiş meşə massivlərinin bərpası istiqamətində zəruri işlər həyata keçirilir:
"Bu ərazilərdə 3 min hektardan çox tamamilə məhv edilmiş meşə ərazisi mövcuddur. Həmin ərazilərin bərpası ilə bağlı işlərə başlamışıq və 600 hektar ərazidə meşə bərpa layihələrini həyata keçirmişik. Bu işlərin sürətləndirilməsi üçün Cəbrayıl rayonu ərazisində beynəlxalq meşə təlim və tingçilik mərkəzi tikilib və artıq istismara verilmə ərəfəsindədir. Həmin mərkəzin illik istehsal gücü 2 milyon ting olacaq"
V.Kərimov dövlət başçısının müvafiq sərəncamı ilə Qarabağda sayca 7-ci Milli parkın yaradıldığını bildirib:
"Prezidentin sərəncamı ilə oktyabrın 20-də Qarabağ Milli Parkı yaradılıb və onun fəaliyyətinin qurulması ilə bağlı işlərə başlanılıb. Bundan əvvəl bölgədə iki dövlət təbiət qoruğu - Qaragöl və Basitçöl, həmçinin dörd yasaqlıq – Ərazboyu, Daşaltı, Qubadlı və Laçın yasaqlıqları vardı. Yeni parkın sahəsi 84 min hektara yaxın olacaq və Ağdərə, Xocalı, Laçın, Kəlbəcər, Şuşa rayonlarının ərazisini əhatə edəcək".
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ağdərə şəhərində Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərədə keçirilib
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Trampla Ərdoğan arasında telefon danışığı olub
-
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
-
Vensan Kompani bu tarixə qədər "Bavariya"nı çalışdıra bilməyəcək
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Ceyranbatanda məktəbin 10 şagirdi zəhərlənib: Popkorndan şübhələnilir













