Konqo Demokratik Respublikasında 26 milyon insan aclıq həddindədir
Hazırda Konqo Demokratik Respublikasında (KDR) təxminən 26 milyon insan aclıq həddində yaşayır.
“Far.Az” xəbər verir ki, bu barədə Konqonun Okapi radiostansiyası BMT-nin ixtisaslaşmış qurumlarından olan və İnteqrasiya edilmiş Ərzaq Təhlükəsizliyi Təsnifatını (IPC) aparan ekspert qrupunun hesablamalarına istinadən məlumat verib.
Radio stansiyası qeyd edib ki, 26 milyondan təxminən 3 milyonu kəskin ərzaq çatışmazlığından əziyyət çəkir. Mütəxəssislər KDR-in bəzi bölgələrində ərzaq təhlükəsizliyinin olmamasının səbəbləri kimi üsyançıların fəaliyyətini və hərbi əməliyyatlardan irəli gələn zorakılığı, ərzaq qiymətlərinin artmasını, qaçqın və məcburi köçkünlərin ərzaqla təmin edilməsində çətinlikləri göstərirlər.
IPC təsnifatı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı (WFP) və BMT-nin Uşaq Fondu (UNICEF) mütəxəssisləri tərəfindən hazırlanıb. Bu, inkişaf etməkdə olan ölkələrdə ərzaq təhlükəsizliyi vəziyyətinin göstəricisi kimi çoxsaylı beynəlxalq təşkilatlar və xidmətlər tərəfindən tanınır. Təsnifat minimal ərzaq çatışmazlığından fəlakətli aclığa qədər beş səviyyədən ibarətdir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Konqonun ədliyyə nazirinə sui-qəsd cəhdi olub
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb













