Bakı-Qazax yolunda baş verən qəzada xəsarət alanların sayı 5-ə çatıb - YENİLƏNİB
Bakı-Qazax yolunda baş verən qəzada xəsarət alanların sayı 5-ə çatıb.
"Far.Az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, onlar 43 yaşlı Bayramova Fərqanə Lətif qızı, 34 yaşlı Qurbanova Türkanə Səfi qızı, 36 yaşlı Daşdəmirova Ramilə Əli qızı, 68 yaşlı Rüstəmov Arif Lətif oğlu və 54 yaşlı Məmmədova Qərənfil Lətif qızıdır.
Qeyd edək ki, zəncirvari qəza nəticəsində xəsarət alanlar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Bakı-Qazax yolunda zəncirvari qəza olub, xəsarət alanlar var.
"Far.Az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Gəncə istiqamətində hərəkətdə olan "Mercedes" markalı mikroavtobus, "Toyota", "Fiat" və "Opel" markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində avtomobillərdə olan 4 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Toyota Prius: Hibrid Avtomobillərin atası
Bu il ən yüksək nəticə göstərib ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb













