AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-ə qədər endirim
Far.Az xəbər saytı

AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-ə qədər endirim


"Azərbaycan Hava Yolları" QSC (AZAL) səyahətləri daha əlçatan etmək məqsədilə “Uçuran Cümə” kampaniyasına start verib.

"Report" AZAL-a istinadən xəbər verir ki, 26 noyabr–1 dekabr tarixlərində sərnişinlər 50-dən çox istiqaməti üzrə aviabiletləri 30 %-ə qədər endirimlə əldə edə biləcəklər. Təklif 2024-cü il noyabrın 30-dan 2025-ci il aprelin 30-na kimi həyata keçirilən reyslərə şamil olunur.

Endirim kampaniyası müntəzəm beynəlxalq uçuşların ekonom büdcə, premium ekonom və biznes sinifi tarifləri üçün keçərlidir, lakin vergi və yığımlara tətbiq edilmir.

Kampaniya yüksək tələbat dövrlərini, həmçinin kodşerinq, çarter və ölkədaxili uçuşları əhatə etmir. Endirimli biletlərin sayı məhduddur.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app

"AZAL ilə xoş uçuşlar və unudulmaz səyahət arzulayırıq!", - deyə AZAL bəyan edib.

Oxşar xəbərlər

AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
AZAL Turizm işçiləri Günü münasibətilə beynəlxalq reyslərə 29 % endirim təklif edir
"İrşad"da müştərilər üçün endirimli qiyməti 24 aya qədər faizsiz bölmək imkanı
AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər