Azərbaycan və İranın xüsusi təyinatlılarının təlimi çərçivəsində məşqlər başlayıb
Azərbaycan və İranın birgə həyata keçirdiyi "Araz-2024” taktiki təliminə hazırlıq prosesi başa çatıb.
Bu barədə “Report”a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ərdəbil vilayətinin Aslanduz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlı bölmələri ilə keçirilən "Araz - 2024" birgə taktiki təliminin hazırlıq prosesi yekunlaşıb.
Ssenariyə əsasən, şəxsi heyət təlim poliqonunda ərazi ilə tanış olub. Sonra keçirilən iclasda komandirlərin təlim üzrə məruzələri dinlənilib. “Araz-2024” birgə taktiki təliminin növbəti mərhələsinə uyğun olaraq, hər iki ölkənin şəxsi heyəti təlim sahəsində məşqlərin icrasına başlayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib
-
Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi 75% azalıb
-
Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
-
Bakıya gəlmək istəyən erməni tankları
-
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb













