AZAL son 2 ildə su istehlakını 20 %-ə yaxın azaldıb
Far.Az xəbər saytı

AZAL son 2 ildə su istehlakını 20 %-ə yaxın azaldıb


2025-ci ildə "Azərbaycan Hava Yolları" QSC (AZAL) su istehlakını 2023-cü illə müqayisədə təxminən 20 % azaldıb.

"Report" xəbər verir ki, bu barədə aviaşirkətin 2025-ci il üzrə Dayanıqlılıq hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, şirkət ətraf mühitə təsirin azaldılması istiqamətində su ehtiyatlarından daha səmərəli istifadə və tullantıların idarə olunması tədbirlərini həyata keçirir. Bundan başqa, tullantı sularının tərkibindəki çirkləndirici maddələrin müəyyən edilməsi məqsədilə kənar laboratoriyalar tərəfindən aylıq və rüblük analizlər aparılır.

AZAL enerji səmərəliliyinin artırılması üçün də müvafiq tədbirlər görür. Şirkət ISO 50001 enerji idarəetmə sistemi sertifikatına malikdir və yanacağa qənaət, eləcə də karbon emissiyalarının azaldılması imkanlarının müəyyənləşdirilməsi üçün "SkyBreathe" həllini tətbiq edir.

Hesabatda, həmçinin uçuş zamanı istifadə olunmamış, ilkin qablaşdırması qorunmuş bəzi qida məhsullarının və butulkaların yenidən istifadəyə yönəldildiyi bildirilib.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər