"Lion"un yarımmüdafiəçisi: "Qarabağ"ın heyətində təhlükəli və keyfiyyətli futbolçular var"
"Qarabağ"ın heyətində təhlükəli və keyfiyyətli futbolçular var.
"Far.Az" xəbər verir ki, bunu Fransanın "Lion" komandasının yarımmüdafiəçisi Jordan Veretu Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqası matçından əvvəl mətbuat konfransında deyib.
O, Ağdam təmsilçisinin üzvü Yassin Benzianın daha əvvəl "Lion"da oynadığını xatırladıb. Oyunçu mövsüm ərzində uğursuz çıxış etdikləri bəzi matçların olduğunu da bildirib:
"Müxtəlif mövqelərdə oynaya bilirəm. Hər şey baş məşqçinin qərarından asılıdır".
Veretu sabahkı matçda qalib gəlmək üçün əllərindən gələni edəcəklərini söyləyib:
"Beşiktaş"la oyunda hücumda yaxşı performans sərgilədik. Sabahkı matçda da futbolçularımız qüvvələrini səfərbər edəcəklər".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" görüşü saat 21:45-də start götürəcək.
Oxşar xəbərlər
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
UEFA Avropa Liqası: "Qarabağ" İsveç klubuna məğlub olub - YENİLƏNİB - 6
UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7
UEFA Avropa Liqası: "Qarabağ" - "Malmö" matçında 3-cü qol vurulub - YENİLƏNİB - 5
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













