“Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təqdimatı və müzakirəsi keçirilib
Far.Az xəbər saytı

“Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təqdimatı və müzakirəsi keçirilib


AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təqdimatı və müzakirəsi keçirilib.

"Far.Az" xəbər verir ki, xəritə Kanadanın Viktoriya Universiteti, Kanadanın Milli Tikinti Qaydalarının Zəlzələ Dizaynı üzrə Daimi Komitəsi, ABŞ-ın "Lawrence Livermore" Milli Laboratoriyası, ABŞ-ın Miçiqan Dövlət Universiteti və Gürcüstanın İlya Dövlət Universiteti Yer Elmləri İnstitutu və Milli Seysmoloji Monitorinq Mərkəzi ilə birlikdə Azərbaycan ərazisi üçün seysmik təhlükənin hesablanmasında yeni yanaşmalarla tərtib olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli bu gün təqdim olunacaq hesabatda Azərbaycan ərazisi üçün seysmik təhlükənin hesablanmasında yeni yanaşmaların əksini tapdığını, müzakirələrin “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təkmilləşməsinə öz töhfəsini verəcəyini vurğulayıb, xəritəni ölkənin strateji inkişafı üçün mühüm layihə kimi səciyyələndirib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli i “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin hazırlanması metodları və onun əhəmiyyətindən danışıb.

Daha sonra Viktoriya Universitetinin İnşaat Mühəndisliyi Departamentinin professoru Tuna Onur “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi” haqqında təqdimatla çıxış edib.

Professor məruzəsində hazırda dünya ölkələrində binaların tikintisi zamanı tətbiq olunan seysmik riskin qiymətləndirilməsi üsulları və metodlarından danışıb. O, öz məruzəsində tikinti normaları sahəsində olan yeniliklərdən də bəhs edib.

Müzakirələrdən sonra xəritə iştirakçılar tərəfindən qəbul olunub və onun çap olunması təklif edilib.

Oxşar xəbərlər

Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ankarada Füzulinin 530 iliyi ilə əlaqədar beynəlxalq simpozium və bədii gecə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər