Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı
Far.Az xəbər saytı

Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı


Türkiyədə məşhur italyan idman jurnalisti Fabrizio Romanonun "Instagram" və X hesablarına girişin məhdudlaşdırılması barədə qərar qəbul edilib.

Far.Az xəbər verir ki, qərarın onun sosial media hesablarında qanunsuz mərc oyunlarının reklamına yer verməsi səbəbindən qəbul edildiyi bildirilir.

Məlumata görə, Türkiyənin Kibertəhlükəsizlik İdarəsi Romanonun hesablarına girişin bloklanması barədə qərar verib.

Dünya futbolunda transfer xəbərləri ilə tanınan və paylaşımlarında tez-tez "Here we go" ifadəsindən istifadə edən jurnalistin milyonlarla izləyicisi var.

Qeyd olunur ki, X platforması hələlik qərarı icra etməyib və Romanonun hesabına giriş məhdudlaşdırılmayıb.

Oxşar xəbərlər

Nailə Balayeva: Jurnalistin əsas silahı mənbədir
"Dağlılar Balıq" restoranının fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB
Bakının mərkəzində parkinq zonasına GİRİŞ MƏHDUDLAŞDIRILDI
AQTA Lənkəranda çörək sexində pozuntular aşkarladı, fəaliyyət məhdudlaşdırıldı
Türkiyədə qanunsuz mərc oyunlarına görə cəzalandırılan futbolçu məşhur müğənninin qardaşı imiş

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər