Tovuzda ağır yol qəzasında ölən və xəsarət alan mülki şəxslərin kimliyi məlum olub
Far.Az xəbər saytı

Tovuzda ağır yol qəzasında ölən və xəsarət alan mülki şəxslərin kimliyi məlum olub


Tovuzda ağır yol qəzasında ölən və xəsarət alan mülki şəxslərin kimliyi məlum olub.

"Far.Az"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində "Mercedes" markalı avtomobildə olan E.Həsənov dünyasını dəyişib.

Onun oğlu, 13 yaşlı Z.Həsənov isə ağır bədən xəsarəti alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Müdafiə Nazirliyinin məlumatında deyilir ki, noyabrın 27-də axşam saatlarında Tovuz rayonu ərazisində, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu - baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlu vəfat edib.

Yol qəzası ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Oxşar xəbərlər

Tovuzda ölümlə nəticələnən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb
Müdafiə Nazirliyi: Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - YENİLƏNİB-2
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər