Nigeriyada Fransa hərbi bazalarının yerləşdirilməsinin mümkünlüyü narahatçılığı artırıb
Far.Az xəbər saytı

Nigeriyada Fransa hərbi bazalarının yerləşdirilməsinin mümkünlüyü narahatçılığı artırıb


Nigeriyada ölkənin digər Afrika dövlətlərindən çıxarılan Fransa hərbi bazaları üçün yeni məkan ola biləcəyi ilə bağlı narahatlıq artır.

"Far.Az" xəbər verir ki, bu barədə "The Nation"da dərc olunan məqalədə qeyd olunub.

Bu narahatlıq Nigeriya Prezidenti Bola Tinubunun Fransaya səfərindən sonra güclənib. Səfər zamanı Fransa prezidenti Emmanuel Makron onu səmimi qarşılayıb.

Məqalədə bildirilib ki, son illərdə Fransanın Mali, Burkina-Faso və Niger kimi bir sıra Afrika ölkələri ilə münasibətləri kəskin pisləşib. Əvvəllər ekstremist qruplaşmalara qarşı mübarizə bəhanəsi ilə bu ölkələrdə olan Fransa hərbçiləri münasibətlərin pisləşməsi səbəbindən regionu tərk etməyə məcbur olublar.

Qərbi Afrikanın ən böyük iqtisadiyyatı olan Nigeriya çıxarılan bazaların yerləşdirilməsi üçün potensial variant kimi nəzərdən keçirilə bilər. Lakin bu, Nigeriya cəmiyyətində narahatlıq doğurur.

“The Nation” yazır ki, belə bir qərar əhalinin narazılığına səbəb ola və siyasi gərginliyi artıra bilər.

"Şübhəsiz ki, ilk baxışdan Prezident B.Tinubunun Fransaya səfəri uğurlu olub. Lakin Nigeriya Fransanın niyyətlərindən ehtiyat etməlidir. Bəzi beynəlxalq münasibətlər üzrə ekspertlər Fransanın Afrikadakı xarici siyasətini qeyri-əxlaqi kimi təsvir edirlər.

Nigeriya heç bir halda Qərbi Afrikada terrorizmə qarşı mübarizə kimi qeyri-müəyyən bir bəhanə ilə bu fransızdilli ölkələrdən çıxarılan Fransa hərbi bazaları üçün "ehtiyat ərazi" olmamalıdır. Nigeriyalılar heç vaxt öz ərazilərində hər hansı xarici hərbi bazanı qəbul etməyəcəklər", - məqalə müəllifi yazıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xaosun bir addımlığında: ermənipərəst baş nazirin ardınca Makronun gedişi Fransanın xilası olacaq - ŞƏRH
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər