Monqolustan UNESCO-nun qeyri-maddi irs siyahısında "Novruz" nominasiyasına qoşulub
Monqolustan UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında "Novruz" nominasiyasına qoşulub.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı Milli Komissiyası "X" səhifəsində məlumat yayıb.
Beləliklə, Azərbaycan daxil olmaqla 12 ölkəni birləşdirən bu dosyedə artıq 13 ölkə təmsil olunur.
Qeyd edək ki, Novruz bayramı UNESCO-nun Qeyri-Maddi-Mədəni İrsin Qorunması üzrə Komitəsinin Abu-Dabi şəhərində keçirilmiş 4-cü sessiyasında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb.
Çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.
Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısında "Novruz" nominasiyasına yeni bir ölkə - Monqolustan qoşuldu! Beləliklə, Azərbaycan daxil olmaqla 12 ölkəni birləşdirən bu dosyedə artıq 13 ölkə təmsil olunur. Monqolustan tərəfini ürəkdən təbrik edirik!…
— National Commission of Azerbaijan for UNESCO (@UNESCO_AZ)
Oxşar xəbərlər
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Azərbaycanla Özbəkistan arasında 12 sənəd imzalanıb - YENİLƏNİB
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB - FOTO
Paraqvayda "Təndir sənətkarlığı və çörək bişirmə mədəniyyəti" nominasiyasının sertifikatı Azərbaycana təqdim olunub
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Xətaidə çirkab su problemi - Qurum nəzarətə götürdü
-
Sabiq futbolçu Almaniyada prezidentliyə namizəd olacaq
-
Azərbaycan Avropaya qaz ixracını artıracaq













