Paraqvayda "Təndir sənətkarlığı və çörək bişirmə mədəniyyəti" nominasiyasının sertifikatı Azərbaycana təqdim olunub
UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş "Təndir sənətkarlığı və çörək bişirmə mədəniyyəti" nominasiyasının sertifikatı xüsusi mərasimdə rəsmi şəkildə Azərbaycana təqdim olunub.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı Milli Komissiyası "X" səhifəsində məlumat yayıb.
Təqdimetmə Paraqvayın Asunsion şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyası çərçivəsində baş tutub.
Bu nailiyyət Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı ənənələrin beynəlxalq səviyyədə qəbulunun və mədəni irsimizin geniş şəkildə tanıdılmasının növbəti təzahürüdür.
Paraqvayın Asunsion şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyasında zəngin mədəniyyətini dünya miqyasında tanıdan əlamətdar bir hadisə baş verdi. Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ…
— National Commission of Azerbaijan for UNESCO (@UNESCO_AZ)
Oxşar xəbərlər
Monqolustan UNESCO-nun qeyri-maddi irs siyahısında "Novruz" nominasiyasına qoşulub
Mehriban Əliyevanın doğum günüdür
Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib
Azərbaycanın təndirçilik sənəti və çörək bişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Paşinyan: Ümumi istifadədə olan çaylardan birgə yararlanmaq qaydalarının Azərbaycanla müzakirəsi vacibdir













