Azərbaycana xaricdən uçuşların sayı 18 % artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 41 ölkədən 24 498 aviareys təşkil olunub.
“Far.Az” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 ölkə (17,1 %) və 3 771 aviareys (18,2 %) çoxdur.
Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan uçuş həyata keçirilib - 7 157 reys. Bu da 1 il əvvələ nisbətən 11,7 % çoxdur.
Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən aviareys təşkil olunub. Bu ölkədən 5 365 uçuş olub ki, bu da illik müqayisədə 3,7 % çoxdur. İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 2 942 reyslə (+35,5 %) daxil olub.
TOP-10-luğa həmçinin Gürcüstan 1 846 reyslə (+ 23,3 %), Qazaxıstan 808 (+ 8,3 %), Səudiyyə Ərəbistanı 759 (- 11,1 %) , Hindistan 602 (+2,6 dəfə), Qətər 533 (+ 59,3 %), Özbəkistan 391 (- 28,7 %) və Küveyt 376 reyslə (+ 8,6 %) daxildir.
İndiyə qədər ilk 10-luqda olan İsrail (334 aviareys, +14,7 %) 12-ci yerə düşüb, onun yerinə siyahıya Hindistan daxil olub.
Təkcə noyabrda isə Azərbaycana həyata keçirilən aviareyslərin sayı 1 il əvvələ nisbətən 6,2 % artaraq 2 052 vahid təşkil edib. O cümlədən, ötən ay Rusiyadan 543 uçuş olub ki, bu da illik müqayisədə 7,9 % azdır.
Oxşar xəbərlər
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Bu günün valyuta məzənnələri
Azərbaycanda mobil telefon nömrələri 1 000 - 75 000 manata hərraca çıxarılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hərbi xidmət haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
11 illik buraxılış imtahanının nəticələri elan olunub
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək?
-
Şahbaz Şəriflə İshaq Dar Türkiyədə səfərdədirlər













