Beynəlxalq Parlament Konfransı iştirakçıları ilk olaraq Füzuli rayonunu ziyarət ediblər
Beynəlxalq Parlament Konfransının (BPK) iştirakçıları Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər çərçivəsində ilk olaraq Füzuli rayonunda olublar.
“Report”un Füzuliyə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, nümayəndə heyətini Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar. Qonaqlar əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olub, sonra Füzuli şəhərinə gəliblər.
Onlara 30 illik işğal zamanı Ermənistanın Füzuli rayonunda törətdiyi dağıntılar, vandalizm aktları, işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən və görüləcək işlər barədə məlumat verilib. Bildirilib ki, erməni vandalları işğal etdikləri şəhər və kəndlər kimi Füzuli şəhərini də talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Vətən müharibəsində qazanılan qələbədən sonra işğaldan azad ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri başlanılıb. Artıq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı reallaşıb. Onlar Füzuli şəhərində inşa olunan yaşayış məhəlləsində məskunlaşırlar.
Nümayəndə heyəti sonra Şuşaya yola düşüb. Onları Milli Məclisin vitse-spikeri Rafael Hüseynov, komitə sədrləri Əhliman Əmiraslanov, Səməd Seyidov, Polad Bülbüloğlu, Milli Məclisə Xankəndi şəhərindən seçilmiş deputat Tural Gəncəliyev və digər rəsmi şəxslər müşayiət edirlər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamalda 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb
-
Naxçıvanda ağır QƏZA: bir nəfər ölüb, üç nəfər xəsarət alıb
-
"Axios": İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur
-
Milli Məclis WUF13-lə əlaqədar əlavə sazişi ratifikasiya edib
-
Bakının bir sıra yollarında nəqliyyat sıxlığı yaranıb
-
Andrey Babiş Azərbaycanda Çexiyaya təbii qaz tədarükünü müzakirə edəcək













