Muxtar Babayev COP29 QHT Koalisiyasının üzvləri ilə görüşəcək
COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev COP29 QHT Koalisiyasının üzvləri ilə görüş dəvətimizə müsbət cavab verib.
Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib.
Onun sözlərinə görə, bu koalisiyada Azərbaycandan cəmi 1 təşkilat var, o da çətir qurum olan Azərbaycan Milli QHT Forumudur: “Koalisiyadakı qalan üzvlərin hamısı 50 ölkədən olan 200-dən çox xarici QHT-dir. Onların içərisində yüzlərlə QHT-ni ətrafında birləşdirən xeyli çətir təşkilatlar da var. COP29 QHT Koalisiyası təxminən 1 ay öncə Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılıb. Artıq 3 dəfə dünyanın müxtəlif ölkələrindən və regionlarından olan QHT-lərlə hibrit görüşlər keçirmişik.
Görüşlərdə xarici QHT təmsilçiləri COP29-un müəyyən edilmiş Prezidenti ilə görüşmək və müzakirələr aparmaq barədə təklif irəli sürmüşdü. Apardığımız danışıqlar nəticə verdi, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev sentyabrın 10-da COP29 QHT Koalisiyasının üzvləri ilə hibrit formada internet üzərindən görüş keçirib sualları cavablandıracaq, müzakirələr aparacaq. Artıq bu barədə üzv təşkilatları məlumatlandırmağa başlamışıq.
COP29 QHT Koalisiyasına yüksək maraq var, açığı belə gözləmirdik, demək olar ki, hər gün Koalisiyaya qoşulmaq üçün [email protected] e-mail ünvanımıza müxtəlif ölkələrdən müraciətlər daxil olur. Bu Koalisiya çox səmərəlidir, nümunəvi inklüzivlik platformasıdır, burada COP-larda səsi gur gələn və COP-larda iştiraka imkanı çatmayan dünyanın ən müxtəlif bölgələrindən olan QHT-lər birgə qlobal diskussiyalara qatılır”.
Oxşar xəbərlər
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Mərkəzi Seçki Komissiyası nəzdində Mətbuat qrupunun iclası keçirilib
Hüseyn Abdullayevin məhkəməsi səhhəti ilə bağlı təxirə salınıb
“Mənim Səsim” Seçki Monitorinq Koalisiyası aralıq hesabatını təqdim edib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Salyanda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var
-
Azərbaycan - Fransa: Millimiz 1:3 hesabı ilə məğlub oldu
-
Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.
-
Əraqçı: "İran uranın zənginləşdirilməsini dayandırıb"
-
Zelenski: Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb
-
Konqoda mis mədəni çöküb, onlarla insan ölüb













