Son 11 ayda əlilliyi olan 113 min şəxsə reabilitasiya xidmətləri göstərilib
Far.Az xəbər saytı

Son 11 ayda əlilliyi olan 113 min şəxsə reabilitasiya xidmətləri göstərilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin 11 ayında əlilliyi olan 113 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.

"Report"un məlumatına görə, bu barədə ƏƏSMN məlumat yayıb.

Bildirilib ki, onlardan 61 min 100 nəfərə ambulator, 26 min 500 nəfərə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji, ippoterapiya istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib.

Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotic, sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, rəqs terapiyası və s.) də tətbiq edilib.

Həmçinin stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Son doqquz ayda TƏBİB tabeli xəstəxanalarda 274 mindən çox cərrahi əməliyyat icra olunub
Səyyar "ASAN xidmət" Xaçmazda fəaliyyətini davam etdirir
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər