Ukrayna millisinin baş məşqçisi: "Rəqiblərimizi harada qəbul edəcəyimizi bilmirik"
Far.Az xəbər saytı

Ukrayna millisinin baş məşqçisi: "Rəqiblərimizi harada qəbul edəcəyimizi bilmirik"


Qrupdakı rəqiblərimizi harada qəbul edəcəyimizi dəqiq bilmirik.

"Far.Az" xəbər verir ki, bunu Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov deyib.

Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına açıqlama verən mütəxəssis D qrupundakı şanslarından söz açıb:

"İstənilən rəqib çətin olur. Düşünürəm ki, hər kəslə oynaya bilərik. Birinci səbətdən Fransa/Xorvatiya cütünün qalibi ilə qarşılaşacağıq. Fransızları favorit hesab edirəm. Biz seçmə mərhələ oyunlarına hazırlaşıb mübarizə aparacağıq. Hər bir rəqibə qarşı yaxşı hazırlaşmalıyıq".

Sergey Rebrov İslandiyada oynamağın çətin olacağını bildirib:

"Çünki bu kollektiv evdə çox güclüdür. Onlar son vaxtlar inkişaf ediblər. Bir çox futbolçuları yüksək səviyyəli çempionatlarda çıxış edirlər. Biz isə iyunda iki yoldaşlıq matçı keçirməyi planlaşdırırıq"

Baş məşqçi ev oyunlarının məkanının hələ dəqiqləşmədiyini söyləyib:

"Millətlər Liqasında Belçika ilə evdəki görüşün yeri də bilinmir. Danışıqlar davam edir".

Qeyd edək ki, Ukrayna yığması D qrupunda Azərbaycan, İslandiya və Fransa/Xorvatiya cütünün qalibi ilə qarşılaşacaq.

Oxşar xəbərlər

MOK rəsmiləri Olimpiya Komitələri Assosiasiyasının 27-ci Baş Assambleyasında iştirak edirlər
İslandiyada güclü zəlzələ olub
Azərbaycan millisinin məşqçisi: V Dünya Köçəri Oyunlarının açılışı Paris-2024 mərasimini üstələdi
Millətlər Liqası: Azərbaycan Estoniya millisinə məğlub olub - YENİLƏNİB-6
UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər