Cavanşir Bayramov: “Azərbaycanın turizm potensialı beynəlxalq səviyyədə daha geniş tanıdılacaq”
Azərbaycanın turizm potensialı beynəlxalq səviyyədə daha geniş tanıdılacaq.
“Far.Az” xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun sədr müavini Cavanşir Bayramov Dövlət Turizm Agentliyi və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına həsr olunmuş mediaturda deyib.
O, turizm sektorunda müşahidə edilən müsbət dinamika, atılan yeni addımlar və qarşıdakı hədəflər barədə məlumat verib: “Ölkəmizin turizm potensialının inkişafı və beynəlxalq bazarlarda daha geniş tanıdılması məqsədilə müxtəlif istiqamətlərdə genişmiqyaslı işlər görülür. Hazırda Azərbaycanın qış turizm kompleksləri – Şahdağ, Tufandağ və Ağbulaq – turistlərə müxtəlif unikal təcrübələr təqdim edir. Dağ əyləncələri, kanat yolları, buzda maşın sürmə kimi fərqli fəaliyyətlər böyük maraq doğurur".
C. Bayramov beynəlxalq bazarlarda turizm təbliğatının gücləndirilməsi istiqamətində atılan addımları da vurğulayıb: "Bu il Hindistan və Çində turizm nümayəndəliklərimiz fəaliyyətə başlayıb. Eyni zamanda, Moskvada yeni ofisimiz açılıb və 2025-ci ilin ilk yarısında İstanbulda daha bir nümayəndəlik açılacaq. Bu addımlar Azərbaycanın beynəlxalq turizm bazarında mövqeyini möhkəmləndirəcək, işgüzar əlaqələri genişləndirəcək və yeni bazarların dinamikasını yaxından izləməyə imkan verəcək."
O, həmçinin turizmin iqtisadiyyatla yanaşı, mədəni əlaqələrin inkişafına da töhfə verdiyini qeyd edib: "Turizm yalnız iqtisadi inkişaf vasitəsi deyil, həm də mədəniyyətlərarası dialoqu gücləndirən mühüm amildir. Ölkəmizə gələn turistlər Azərbaycan xalqının mehribanlığı və qonaqpərvərliyini hiss edərək, müsbət təəssüratla ayrılırlar. Bu, ölkəmizin beynəlxalq imicinin daha da güclənməsinə xidmət edir."
Qeyd edib ki, qarşıdakı illərdə turizmin inkişafı ilə bağlı tədbirlər davam etdiriləcək, yeni layihələr həyata keçiriləcək və Azərbaycanın turizm potensialı daha geniş səviyyədə tanıdılacaq.
Oxşar xəbərlər
Ağbulaq toponimləri və hidronimləri – türk tarixinin izi - Qərbi Azərbaycan Xronikası
Ağbulaq toponimləri və hidronimləri – türk tarixinin izi - Qərbi Azərbaycan Xronikası - VİDEO
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
AIFC-nin idarəedici direktoru: “Azərbaycan "yaşıl maliyyələşmə" üzrə regional liderə çevrilə bilər” - MÜSAHİBƏ
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hərbi xidmət haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
11 illik buraxılış imtahanının nəticələri elan olunub
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək?
-
Şahbaz Şəriflə İshaq Dar Türkiyədə səfərdədirlər













