"Şamaxı"nın baş məşqçisi: "Əsas odur ki, 1 xal qazana bildik"
Far.Az xəbər saytı

"Şamaxı"nın baş məşqçisi: "Əsas odur ki, 1 xal qazana bildik"


Əsas odur ki, 1 xal qazana bildik.

"Far.Az" xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov "Səbail"ə qarşı Misli Premyer Liqasının XVII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

O, heç-heçə başa çatan qarşılaşmanı şərh edib:

"Bilirdik ki, gərgin oyun olacaq. Hər iki komandaya xal lazım idi. Hava şəraiti oynamağımıza mane olurdu. Qarlı meydanda futbol oynamaq çox çətindir. İki komandanı da təbrik edirəm. Yaxşı ki, futbolçular zədələnmədilər. Əsas odur ki, 1 xal qazana bildik".

Qeyd edək ki, XVII turun görüşündə "Şamaxı" evdə "Səbail"lə qolsuz bərabərə qalıb.

Oxşar xəbərlər

"Səbail"in baş məşqçisi: "Buzda futbol oynamaq yaxşı olmadı"
Millətlər Liqası: Azərbaycan yığması son oyununda böyük hesabla məğlub olub – YENİLƏNİB - 9 - VİDEO
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Premyer Liqa: XVII tura bu gün start veriləcək
Millətlər Liqası: Azərbaycan millisinin qapıçısı penaltini dəf edib - YENİLƏNİB - 6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər