Dənizdə dalğanın hündürlüyü 3,4 metrə çatır - FAKTİKİ HAVA - YENİLƏNİB
Milli Hidrometeorologiya Xidmətinin dekabrın 18-i saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir güclənən qərb küləyi müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında və Qobustanda 20 m/s, Laçında 21 m/s, Goranboyda 19 m/s, Şamaxı, Naftalanda 18 m/s, Kəlbəcər, Şabranda 17 m/s, Zəngilan, Şəkidə 15 m/s, Oğuzda 14 m/s, Mingəçevirdə 13 m/s-yə çatıb.
Bu, sarı xəbərdarlığa uyğundur.
Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatır.
Milli Hidrometeorologiya Xidmətinin dekabrın 18-i saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən, yağmursuz keçib, bəzi yerlərdə güclü qərb küləyi əsib.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, küləyin sürəti Bakıda və Abşeron yarımadasında və Şəkidə 25 m/s, Naftalanda 24 m/s, Ağsuda 22 m/s olub. Bu narıncı xəbərdarlığa uyğundur.
Küləyin sürəti Ağdam, Şahdağ, Kəlbəcər, Bərdədə 20 m/s, Şabran, Mingəçevir, Tərtər, Daşkəsən, Altıağac, Qəbələdə 18 m/s, Yardımlıda 17 m/s, Zəngilanda 15 m/s-dək güclənib. Bu isə sarı xəbərdarlığa uyğundur.
Havanın minimal temperaturu isə Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Vətən müharibəsinin başlamasından 4 il ötür
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













