AFFA-nın dəstəyi ilə UEFA-nın “HatTrick” proqramı çərçivəsində keçirilən “Zəfər” liqasına yekun vurulub
AFFA-nın dəstəyi ilə UEFA-nın “HatTrick” proqramı çərçivəsində keçirilən Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə könüllü təşkilatlar arasında minifutbol üzrə “Zəfər” liqasına yekun vurulub.
"Far.Az" xəbər verir ki, 16 könüllü təşkilatın komandasının qatıldığı turnirin finalında “Turizm Könüllüləri” ilə “BDU Könüllüləri” qarşılaşıb.
Rəqibini 3:2 hesabı ilə üstələyən “BDU Könüllüləri” liqanın qalibi olub. Qalib komanda AFFA tərəfindən kubok və medallar, II və III yerlərin sahibləri isə medallarla təltif olunub.
Həmçinin liqanın final matçının ən yaxşı oyunçusu və ən yaxşı qapıçısı nominasiyası üzrə mükafatlar təqdim olunub. Mükafatları komanda üzvlərinə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, “Neftçi”nin və milli komandanın futbolçusu Emin Mahmudov təqdim ediblər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Mehriban Əliyevanın doğum günüdür
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Qara Qarayev: "Neftçi"dən ayrılarkən Qriqorçuk məni qucaqlamaq istədi" - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var













