Çindən Azərbaycana turizm axınını dəstəkləyən beynəlxalq şirkət ATB-ı mükafatlandırıb
Azərbaycan Turizm Bürosu (ATB) “Trip.com Group”un BƏƏ-nin Əbu-Dabi şəhərində keçirilən Qlobal Tərəfdaşlar Sammitində 60 müxtəlif turizm məkanı arasında “Ən Yaxşı Qlobal Partnyor” və “İlin Əla Partnyoru” mükafatlarına layiq görülüb.
"Report" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Bildirilib ki, beynəlxalq sammitdə dünya üzrə 2 mindən çox turizm sahəsi mütəxəssisi iştirak edib.
Qeyd edək ki, 1999-cu ildə təsis edilmiş “Trip.com Group” Çinin səyahət üzrə ən böyük holdinqidir. “Trip.com Group”, “Ctrip”, “Qunar”, “Trip.com” və “Skyscanner” kimi bir sıra səyahət xidməti markalarına sahibdir və qlobal miqyasda səyahətçilərə xidmət göstərir.
Sentyabr ayında turizm sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə "Azərbaycan Hava Yolları" QSC, Azərbaycan Turizm Bürosu və “Trip.com Group” arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumda Azərbaycanı çinli səyahətçilər üçün cəlbedici istiqamət kimi tanıda biləcək “Trip.com”, “Ctrip”, “Qunar” və digər platformalardan aktiv şəkildə istifadə edilməsi nəzərdə tutulub.
Həmçinin Çin turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını genişləndirmək və ölkənin Çin bazarında iştirakını gücləndirmək məqsədilə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 18-24 sentyabrda Çin Xalq Respublikasının Şençjen, Şanxay, Çenqdu və Pekin şəhərlərində silsilə təqdimat tədbirləri keçirilib.
Bu ilin yanvar-noyabr ayları ərzində Çindən Azərbaycana səfər edənlərin sayı 42 374 nəfər təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə iki dəfəyə yaxın artım deməkdir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
AIFC-nin idarəedici direktoru: “Azərbaycan "yaşıl maliyyələşmə" üzrə regional liderə çevrilə bilər” - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hərbi xidmət haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
11 illik buraxılış imtahanının nəticələri elan olunub
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək?
-
Şahbaz Şəriflə İshaq Dar Türkiyədə səfərdədirlər













