Baş Prokurorluq: Təyyarə qəzasındakı zərərçəkmişlərin şəxsiyyətinin müəyyənləşdirilməsi davam etdirilir
Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası ilə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluq tərəfindən istintaq hərəkətləri, o cümlədən zərərçəkmişlərin şəxsiyyətinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.
"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, hazırda Baş Prokurorluğun Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov 160 ünvanında yerləşən inzibati binasında ("Dərnəgül" metrostansiyasının yaxınlığı) yaralıların yaxın qohumlarından DNT analizi götürülür.
"Odur ki, müvafiq analizlərin verilməsi üçün hadisə nəticəsində zərərçəkmişlərin ailə üzvlərinin qeyd olunan ünvana və ya yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yaxınlaşmalarını, habelə, əlavə suallar olduğu təqdirdə Baş Prokurorluğun "961" nömrəli Çağrı Mərkəzi, "161" nömrəli Qaynar xətti və (012) 361 16 42 saylı əlaqə nömrəsinə zəng etmələrini xahiş edirik", - məlumatda bildirilib.
Oxşar xəbərlər
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır
Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













