Son 2 ayda platforma operatorlarına qarşı 11 protokol tərtib olunub
Audiovizual mediada piratçılıqla mübarizə çərçivəsində Audiovizual Şura tərəfindən son 2 ayda platforma operatorlarına qarşı inzibati xəta haqqında 11 protokol tərtib olunub.
Bu barədə "Far.Az"a Şuradan məlumat verilib.
Bildirilib ki, aparılan monitorinqlər nəticəsində sözügedən müddətdə "Artkom.Net" MMC, "Boss Group" MMC, "Shakh Telecom" MMC (Shakh TV), "AzəriGlobalServis" QSC (AGS TV), "Eurosel" MMC, "Clip TV" MMC, "Bulud Store" MMC (Bulud TV), "Smart Sistemz Technoloji" MMM (ODTV), "Beeonline" ASC, "Rahat Telecom" MMC, "Global Technology" MMC (Azəri TV) platforma operatorlarının retranslyasiya ((hər hansı texnologiyadan istifadə etməklə televiziya və ya radio kanallarının, habelə proqramların və ya onların hissələrinin məzmununa dəyişiklik edilmədən yayımlandığı anda qəbulu və ötürülməsi) paketlərində qanunvericiliyin pozulması faktları aşkarlanıb.
Belə ki, inzibati xəta haqqında müvafiq protokollar tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəmələrə göndərilib.
Bugünədək keçirilmiş məhkəmə baxışları nəticəsində "Boss Group" MMC, "Shakh Telecom" MMC (Shakh TV), "AzəriGlobalServis" QSC (AGS TV), "Eurosel" MMC, "Artkom.Net" MMC "Rahat Telecom" MMC, "Smart Sistemz Technoloji" MMM (ODTV) hər biri 5000 manat cərimə olunub. Digər məhkəmə baxışlarının da yaxın zamanlarda baş tutacağı gözlənilir.
Şuranın məlumatında vurğulanıb ki, bir sıra veb-saytlar və sosial media hesabları vasitəsilə əhaliyə pirat olaraq xarici televiziya kanallarının retranslyasiyasını və audiovizual məzmunu təqdim edən resurslara qarşı mübarizə davam edir:
"Həyata keçirilən zəruri tədbirlərin davamı olaraq 2024-cü il ərzində müvafiq məhkəmə qərarları ilə qeyd olunan istiqamətdə lisenziya almadan, qanunvericiliyə zidd olaraq fəaliyyət göstərən bir sıra İP ünvan və resurslara müraciət məhdudlaşdırılıb".
Oxşar xəbərlər
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Audiovizual Şura "ATV Plus" ilə bağlı məhkəməyə müraciət edib
“ATV Plus” 5 min manat cərimələnib
Audiovizual Şura ilə Mərakeşin Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumu arasında memorandum imzalanıb
Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













