Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alan var
Far.Az xəbər saytı

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alan var


Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

“Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford” tranzit markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilə arxadan çırpılıb.

Qəza nəticəsində “VAZ-2107”-nin sürücüsü, İmişli rayon sakini, 2003-cü il təvəllüdlü Hüseynli Samir Rauf oğlu hadisə yerindəcə ölüb. Onun sərnişini, qardaşı, 2009-cu il təvəllüdlü Hüseynli Eynulla Rauf oğlu isə müxtəlif dərəcəli ağır xəsarətlər alıb.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.

Oxşar xəbərlər

Kürdəmirdə mikroavtobus yük maşınına çırpılıb, xəsarət alanlar var
TƏBİB: Kürdəmirdə ağır yol qəzasında altı nəfər xəsarət alıb - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Kürdəmirdə ağır yol qəzası baş verib, ölən və xəsarət alan var
Kürdəmirdə eyni ərazidə baş verən iki qəzada 7 nəfər xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər