Aviaqəzada həlak olan futbolçunun bibisi: "Bayramı anasının yanında keçirmək üçün Qroznıya gedirdi"
Bayramı anasının yanında keçirmək üçün Qroznıya gedirdi.
"Far.Az" xəbər verir ki, bunu təyyarə qəzasında həlak olan Bakının "Gənclik" klubunun 13 yaşlı futbolçusu Məhəmmədəli Eqanovun bibisi Zara İvanova vida mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
"Məhəmmədəli ilə sonuncu dəfə xeyli müddət əvvəl danışmışdım. Nəsə demək çox çətindir. Bayramı anasının yanında keçirmək üçün Qroznıya gedirdi. Çox gözəl uşaq idi", - deyə mərhumun yaxını söyləyib.
Qeyd edək ki, Məhəmmədəli Eqanov Suraxanıda dəfn olunacaq.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” tipli sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.
Oxşar xəbərlər
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Ekspert: Təyyarə qəzasının səbəblərini ətraflı bilmək üçün gözləmək lazımdır
Yerində göstərilən reaksiya: Azərbaycan və Qazaxıstan təyyarə qəzası zamanı necə davrandı?
Təyyarə qəzasında ölən futbolçunun baş məşqçisi: "Çox tərbiyəli, ədəbli, yerini bilən uşaq idi"
Təyyarə qəzasında həlak olan Qoşqarın babası: Rusiyaya işləmək üçün gedirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Rumıniyada güclü zəlzələ baş verib.
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi













